Qvardiola: “Onlardan belə mübarizə gözləmirdim”
    • 28-01-2023, 22:27
    • 243

Qvardiola: “Onlardan belə mübarizə gözləmirdim”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Federasiya kubokunun 1/16 final mərhələsinin “Arsenal”la görüşünü (1:0) dəyərləndirib.

News24.az BBC-yə istinadən xəbər verir ki, o, komandasının ikinci hissədə daha yaxşı çıxış etdiyini deyib:

“İkinci hissədə daha yaxşı oynadıq. Gərgin oyun keçdi. Belə matçlarda “Arsenal”ın nə qədər yaxşı oynadığını daha gözəl başa düşürsən. Onlardan belə mübarizə gözləmirdim. Premyer Liqada lider olan komandanı məğlub etdik”.

“Arsenal”ı mübarizədən kənarlaşdıran “Mançester Siti” 1/8 finala vəsiqə qazanıb. Komandanın rəqibi püşkatmadan sonra məlum olacaq.