Azərbaycan rekordçusu dünyasını dəyişdi
    • 29-12-2023, 23:39
    • 206

Azərbaycan rekordçusu dünyasını dəyişdi

Azərbaycanın atletika üzrə əməkdar məşqçisi Nikolay Pavlov dünyasını dəyişib.

News24.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.

Keçmiş idmançı 69 yaşında vəfat edib.

Qeyd edək ki, Nikolay Pavlov 3000 metr məsafəyə maneələrlə qaçışda gənclər arasında (U-23) Azərbaycan rekordçusudur. O, 1972-ci ildə bu 9 dəqiqə 23 saniyə göstəriciyə imza atıb.