2023-cü ilin bombardiri o oldu
    • 31-12-2023, 09:00
    • 220

2023-cü ilin bombardiri o oldu

Səudiyyə Ərəbistanının Əl-Nəsr və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 2023-cü ilin bombardiri olub.

News24.az teleqraf-a  istinadən xəbər verir ki, 2023-cü ildə Ronaldo ümumilikdə 54 qol vurub, onlardan 10-u milli komandanın heyətində olub. Bu göstəriciyə görə o, hərəyə 52 qol olan "Bavariya"nın ingilis hücumçusu Harri Keyni və PSJ-nin fransalı hücumçusu Kilian Mbappeni geridə qoyub.

Ronaldo beşqat “Qızıl top”un sahibidir. Onun adına beş Çempionlar Liqası qələbəsi, həmçinin İngiltərə, İspaniya və İtaliyada liqa titulları var. Futbolçu Portuqaliya millisi ilə birlikdə 2016-cı ilin Avropa çempionu, qitə çempionatının gümüş və bürünc mükafatçısı, 2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olub.