Ronaldo karyerasını nə vaxt bitirəcəyini açıqladı
    • 23-09-2023, 12:49
    • 424

Ronaldo karyerasını nə vaxt bitirəcəyini açıqladı

Səudiyyə Ərəbistanının Əl-Nəsr və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo tezliklə təqaüdə çıxmaq fikrində olmadığını bildirib

News24.az xəbər verir ki, o, kifayət qədər sağlam olduğu müddətdə idman karyerasını davam etdirəcəyini bildirib. 

“Deyirlər ki, Ronaldo artıq əvvəlki kimi deyil... Amma bu doğru deyil. Ayaqlarım dayanmağın vaxtının gəldiyini söyləyənə qədər oynayacağam. Mən hələ də futbolu sevirəm, qol vurmağı və qalib gəlməyi sevirəm. Mən hələ də bunu sübut edirəm”, - Ronaldo bildirib.

Xatırladaq ki, Ronaldo "Əl-Nəsr"ə 2023-cü il yanvarın 2-də keçib. Klubla bağladığı müqaviləyə əsasən, o, ildə 200 milyon avro alacaq. 

Qumral