Ronaldo 2023-cü ildə qol sayına görə lider oldu
    • 27-12-2023, 08:16
    • 183

Ronaldo 2023-cü ildə qol sayına görə lider oldu


Portuqaliyalı hücumçu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanı Futbol Çempionatı matçında "Əl-İttihad"ın qapısına iki qol vuraraq 2023-cü ildə qol sayına görə lider olub.

News24.az Lent.az-a istinadla xəbər verir ki, 18-ci turun görüşü "Əl-Nasr"ın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

38 yaşlı Ronaldo 2023-cü ildə 53 qol vuraraq, Paris Saint-Germain-in fransız hücumçusu Kilian Mbappe və "Bavariya"nın ingilis hücumçusu Harri Keyni geridə qoyub.