Ronaldo karyerasında 850-ci QOLUNU VURDU
    • 3-09-2023, 01:12
    • 369

Ronaldo karyerasında 850-ci QOLUNU VURDU

Portuqaliyalı hücumçu Əl-Nasra Kriştiano Ronaldo karyerasında 850-ci qolunu vurub. 

News24.az  xarici mediaya istinadən xəbər verir ki, bu, Səudiyyə Ərəbistanı futbol çempionatının 5-ci turunun “Əl-Nəsr”in “Əl-Həzm”ə qalib gəldiyi matçda baş verib. Oyun 5:1 hesabı ilə başa çatıb. 68-ci dəqiqədə Ronaldo bir qola imza ataraq iki məhsuldar ötürmə edib.  

38 yaşlı Ronaldo 5  “Qızıl top” sahibidir. Onun Çempionlar Liqasında beş qələbəsi, həmçinin İngiltərə, İspaniya və İtaliyada liqa titulları var. Portuqaliya millisi ilə birlikdə futbolçu 2016-cı ildə Avropa çempionu, qitə çempionatının gümüş və bürünc mükafatçısı, həmçinin 2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olub.

Günəş Mərd