-
- 31-12-2023, 09:49
- 251
Azərbaycanda avtomobilin vurduğu piyada xəstəxanada öldü
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Azərbaycanda avtomobilin vurduğu piyada xəstəxanada öldü APA-ya istinadən bildirir ki, hadisə dünən gecə saatlarında baş verib.
"Hyunday" markalı avtomobil yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Mübariz Mehrəli oğlu Əliyevi vurub.
Hadisə nəticəsində ağır xəsarət alan piyada xəstəxanaya çatdırılıb. Göstərilən tibbi yardımlara baxmayaraq M.Əliyev səhər saatlarında müalicə aldığı xəstəxanada ölüb.
Fakt araşdırılır.