Bakıda kikboksçu qızı sevgilisi vəhşicəsinə döydü - VİDEO - FOTO
    • 31-12-2023, 13:07
    • 1 029

Bakıda kikboksçu qızı sevgilisi vəhşicəsinə döydü - VİDEO - FOTO

Kikboksçu Tulin Ələkbərova sevgilisi tərəfindən ölümcül döyülüb.

News24.az Kult.az-a istinadən xəbər verir ki, o, bu barədə İnstaqram hesabında yazıb.

O bildirib ki, hadisə dekabr ayının 27-si, səhər saatlarında yarımtikili ərazidə baş verib.

Sevgilisi Sübhanın ona xəyanət etdiyini öyrənən Tulin danışmaq üçün onu çağırıb. Nəticədə aralarında mühabisə yaranıb.

Kikboksçu bildirib ki, zərbələr nəticəsində çoxsaylı bədən xəsarətləri alıb.