-
- 18-05-2024, 09:40
- 259
Xarkov nəzarət altındadır, lakin..
Ukrayna prezidenti Vladimir Zelenski Fransada yerləşən AFP xəbər agentliyinə müsahibəsində Rusiya ilə davam edən müharibə ilə bağlı qiymətləndirmələr edib.
News24.az xəbər verir ki, o, minlərlə insanın evlərini tərk etməli olduğu Xarkov vilayətində vəziyyətin "nəzarət altında" olduğunu, lakin vəziyyətin "sabitləşmədiyini" deyib.
AFP-nin Müharibənin Tədqiqi İnstitutunun (ISW) məlumatlarına əsaslanan təxmininə görə, Rusiya qüvvələri hücumda 278 kvadrat kilometrdən çox irəliləyərək bir il yarımda ən böyük qazanc əldə ediblər.
Zelenski isə bildirib ki, rus qoşunları Ukrayna qüvvələri tərəfindən dayandırılmadan əvvəl şimal-şərq sərhədi boyunca 5-10 kilometr irəliləyib.
Rusiyanın hücumu “bir neçə dalğadan ibarət ola bilər. Xarkov vilayətində ilk dalğa olub. Biz ayıq olmalıyıq və onların ərazimizə daha da dərinləşdiyini dərk etməliyik. Əksinə deyil. Bu, hələ də onların üstünlüyüdür”, - deyə o bildirib.
Günel Məlikzadə