-
- 1-01-2024, 22:09
- 309
Generalın otelini qarət etdilər
İrəvanda Ermənistan Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin keçmiş rəisi, general-mayor Edik Barseqyana məxsus “Renessans” mehmanxana və restoran kompleksi qarət edilib.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Shamshyan.com” kriminal xronika saytı məlumat yayıb.
Hadisə dekabrın 29-da baş verib. Səhər saat 07:00 radələrində Şenqavit rayon polis şöbəsinə kompleksin mühafizə xidmətinin 41 yaşlı əməkdaşı Armenak G. Məlumat verib.
O, bildirib ki, həmin gün saat 01:30-dan 06:30-dək naməlum şəxslər pəncərəni sındıraraq binaya daxil olub və içərisində bir neçə milyon dram olan odadavamlı seyfi çıxarıblar. Hadisə yerinə polis əməkdaşları və müstəntiqlər gəlib