Ermənistanda qanlı atışma:  Sabiq polisin oğlu öldürüldü
    • 19-08-2022, 11:07
    • 295

Ermənistanda qanlı atışma: Sabiq polisin oğlu öldürüldü

Ermənistanın Armavir bölgəsində döyüş filmlərini xatırladan atışma olub.

News24.az shamshyan.com-a istinadla xəbər verir ki, dünən saat 21:40 radələrində Vaqarşapat polis şöbəsinə və Fövqəladə Hallar Nazirliyinin 911 xilasetmə xidmətinin əməliyyat qərargahına Eçmiədzin şəhərinin Qnunyants küçəsində avtomobillərin toqquşması barədə məlumat daxil olub.

Həmin ərazidə güllə yarası alan 2 nəfər Vağarşapat tibb məntəqəsinə yerləşdirilib. Polis  hadisə yerində bir neçə avtomobil, o cümlədən üzərində çoxsaylı güllə izləri olan "Mercedes Brabus" aşkar edib.

Məlum olub ki, silahlı şəxslər "Brabus"a atəş açıblar, sürücü yaralanıb və avtomobili xəstəxanaya doğru sürərkən, yolda qəza baş verib. Xəstəxanadan bildirilib ki, yaralılardan biri özünə gəlmədən dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanıb. Polis hadisənin başvermə şəraitini araşdırır.

Hadisə yerindən “Makarov” markalı tapança, avtomobildə isə qan izləri aşkar edilib. Öldürülən şəxsin atasının keçmiş polis əməkdaşı olduğu bildirilir.