Lotereya bileti 842 milyon dollarlıq cekpot uddu
    • 2-01-2024, 16:25
    • 257

Lotereya bileti 842 milyon dollarlıq cekpot uddu

ABŞ-nin Miçiqan ştatında satılan lotereya bileti 842 milyon dollarlıq cekpot qazanıb.


News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Miçiqandakı hadisə 2024-cü ilin ilk ən böyük uduşu olub.

Şanslı qalibin adı hələ məlum deyil.

842,4 milyon dollarlıq cekpot indiyə qədər qazanılmış beşinci ən böyük uduşdur.

İlin ən böyük cekpotu 1,765 milyard dollar 2023-cü il oktyabrın 11-də Kaliforniyada qeydə alınıb.