Naxçıvanda 57 yaşlı kişi özünü güllələyib
    • 2-01-2024, 21:10
    • 218

Naxçıvanda 57 yaşlı kişi özünü güllələyib


Naxçıvanda silahlı insident qeydə alınıb.

News24.az APA-ya istinadla xəbər verir ki, hadisə Şahbuz rayon Badamlı kəndində qeydə alınıb.

Kənd sakini, 1967-ci il təvəllüdlü Məmmədov Afət Babakişi oğlu özünü güllələyib.

O, Naxçıvan Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin hansı zəmində baş verdiyi araşdırılır.