Arvadını qayınatasının hədiyyə etdiyi silahla öldürübmüş...
    • 2-01-2024, 22:00
    • 900

Arvadını qayınatasının hədiyyə etdiyi silahla öldürübmüş...


Ötən ilin martında Zaqatalada arvadı Firəngiz Yusifovanı tüfənglə açdığı atəş nəticəsində qətlə yetirən Məhəmməd Didiyevin məhkəmə prosesi başa çatıb.

News24.az “Qafqazinfo”a istinadla xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1985-ci il təvəllüdlü M.Didiyev 17 il azadlıqdan məhrum edilib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs arvadı ilə boşanmaq istəməməsinə görə cinayət əməlini törətdiyini bildirib. Tərəflərin münasibətinin bu səviyyəyə gəlməsinə isə M.Didiyevin başqa qadınla münasibətinin olması göstərilib.

Qeyd edək ki, F.Yusifovanın qətlində istifadə edilən tüfəng 7-8 il əvvəl onun atası tərəfindən Məhəmmədə hədiyyə verilibmiş.