Gəncədə boşanmaq istəyən arvadını bıçaqlayan şəxsə 7 İL CƏZA VERİLDİ
    • 31-10-2023, 10:37
    • 241

Gəncədə boşanmaq istəyən arvadını bıçaqlayan şəxsə 7 İL CƏZA VERİLDİ

Gəncə Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını küçədə bıçaqlamaqda təqsirləndirilən Əli İsmayıəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ə. İsmayılov 7 il azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, avqustun 21-i 1990-cı il təvəllüdlü İsmayılova Gültəkin kürək nahiyəsindən bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.  Hadisəni törədən şəxsin Samux rayon sakini, 1985-ci il təvəllüdlü Əli İsmayılov olduğu məlum olub. O, polis tərəfindən saxlanılıb.

Məlumata görə, cütlük boşanmaq üçün məhkəməyə müraciət edib.

Samir Əli