Zaqatalada ər arvadını öldürdü
    • 17-03-2023, 09:46
    • 623

Zaqatalada ər arvadını öldürdü

Zaqatalada qadın qətlə yetirilib, əri saxlanılıb.

Bu barədə Daxili News24.az-a Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 17-si saat 09 radələrində Zaqatala şəhərində Firəngiz Yusifovanın ailə münaqişəsi zəminində yaşadığı evdə ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı Məhəmməd Didiyev rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə “isti izlər”lə saxlanılıb.

Araşdırma aparılır.