-
- 4-01-2024, 23:26
- 244
Türkiyənin ən böyük siyasi partiyasının üzv sayı AÇIQLANDI
Türkiyədə 141 siyasi partiya fəaliyyət göstərir. Bunların arasında ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 11 milyon 41 min 464 nəfərlə ən çox üzvü olan siyasi partiyadır.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Ali Apellyasiya Məhkəməsi Baş Prokurorluğunun yenilənmiş məlumatlar siyahısında bildirilib.
Türkiyənin siyasi partiyalarının üzv sayına görə açıqlanan siyahısında Cümhuriyyət Xalq Partiyası (CHP) 1 milyon 428 800 nəfərlə ikinci, İyi Parti isə 508 min 578 nəfərlə üçüncü sıradadır.
Qeyd edək ki, hər il yanvar ayının ilk həftəsində ölkənin siyasi partiyalarının üzvlük sayı Baş Prokurorluğun internet səhifəsində yenilənərək dərc olunur.