Küləkli hava nə vaxtadək davam edəcək?
    • 6-01-2024, 10:43
    • 399

Küləkli hava nə vaxtadək davam edəcək?

Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti yanvarın 6-sı günün ikinci yarısınadək davam edəcək.

News24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Yanvarın 7-8-də hava şəraiti əsasən yağmursuz keçəcək.

Qeyd edək ki, yanvarın 5-i gündüz qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb.