KİV: Fransa prezidenti PKK-nın yaratdığı təşkilata maliyyə yardımı edəcək
    • 19-04-2019, 15:26
    • 1 364

KİV: Fransa prezidenti PKK-nın yaratdığı təşkilata maliyyə yardımı edəcək

Fransa Prezidenti Emmanuel Makron terrorçu PKK-nın Suriyadakı qollarında biri olan PYD-nin ölkəsindəki təmsilçisi Xalid İsanın da olduğu Suriya Demokratik Qüvvələrinin (SDQ) nümayəndə heyəti ilə görüşüb.

News24.az
“Report”-a istinadən xəbər verir ki, məlumatı “Haber7” yayıb.

E.Makron terrorçu PKK/YPG-PYD-nin qurduğu SDQyə dəstək verəcəyini deyib. Fransa prezidenti terrorçu qrupların formalaşdırdığı bu təşkilata maliyyə yardımı edəcəyini söyləyib. 

Qeyd edək ki, ABŞ və Avropa İttifaqı PKK-nın terrorçu qruplar siyahısına daxil edib.