Bakıda özünü öldürən 26 yaşlı Hüseynin qardaşından ŞOK SÖZLƏR - HAMISINI NİCAT ETDİ...
    • 11-04-2019, 18:10
    • 5 145

Bakıda özünü öldürən 26 yaşlı Hüseynin qardaşından ŞOK SÖZLƏR - HAMISINI NİCAT ETDİ...

Fevralın 9-u axşam saat 21:00 radələrində Mərdəkan qəsəbəsində yerləşən şəxsi evlərin birindən İsakov Hüseyn Fuad oğlunun cəsədinin aşkarlanması ilə bağlı xəbər vermişdik. 

News24.az-ın məlumatına görə, özünü borca görə intihar etdiyi deyilən İsakov Hüseyn haqda yeni faktlar bəlli olub. 
Mərhumun qardaşı İsakov Nicat redaksiyamızla əlaqə saxlayaraq intiharın əsl səbəbini açıqlayıb: “Xəbər yayılıb ki, guya qardaşımın kiməsə borclu olub və onu sıxdıqlarına görə intihar edib. Belə bir şey yoxdur. Sadəcə Mərdəkanda yerləşən evimizi satmaqda bizə köməklik edən Nicat adlı dəllal bizim iyirmi səkkiz min manat pulumuzu mənimsəyib. Hüseyn də hər gün fikir edirdi, ağlayırdı. Aldadılmağını qəbul edə bilmirdi. Ev satılandan sonra kirayədə çox pis vəziyyətdə yaşayırıq. Dəllal hazırda polislər tərəfindən axtarışdadır. O, bizə ev tapdığını da demişdi. Hətta həmin evə də getmişdik. Sonradan bəlli oldu ki, sən demə həmin mənzili eyni vaxtda bir neçə adama da satıb”.

Mərhumun qardaşı Nicat İsakov bildirib ki, ailəni aldadan şəxs 34-35 yaşlarında Cəfərov Nicat Gülbala oğludur.