Aygün Bəylərin ölüm xəbəri həqiqəti əks etdirmir - Nazirlik
    • 6-01-2024, 21:46
    • 302

Aygün Bəylərin ölüm xəbəri həqiqəti əks etdirmir - Nazirlik

Əməkdar artist Aygün Hümmətova (Bəylər) haqqında yayılan ölüm xəbərləri həqiqəti əks etdirmir.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsindən məlumat  verilib.

"Əməkdar artist Aygün Bəylər saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcək. Hazırda süni tənəffüs aparatına qoşulub" - SİTATIN SONU.