Məşhur kinorejissor dünyasını dəyişdi - FOTO
    • 7-01-2024, 04:13
    • 312

Məşhur kinorejissor dünyasını dəyişdi - FOTO


Rusiya Federasiyasının əməkdar artisti Oleq Ryabokon dünyasını dəyişib.

News24.az 32gun.az-a istinadən bildirir ki, tanınmış kinorejissor Sankt-Peterburqda 85 yaşında vəfat edib.

Xatırladılır ki,  Oleq Ryabokon 1961-ci ildə Leninqrad Hərbi Mexanika İnstitutunu, 1972-ci ildə isə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun aktyorluq və rejissorluq fakültəsini bitirib.

Ryabokon tamaşaçıya ilk növbədə 1983-cü ildə çəkilmiş "Əli Baba və qırx quldur" filmindən tanışdır - əsas rolları Oleq Tabakov, Tatyana Nikitina, Veniamin Smexov və Armen Djiqarhanyan ifa ediblər. 

Onun filmoqrafiyasına həmçinin “Fiziklər”, “Gözəl Yelena”, “İmperatorun addımları” filmləri, “Ezop” televiziya tamaşası və başqaları daxildir.