Aygün Bəylərsiz qaldıq...
    • 7-01-2024, 04:19
    • 578

Aygün Bəylərsiz qaldıq...


Aparıcı Leyla Quliyeva xərçəngdən vəfat edən Əməkdar artist Aygün Bəylərlə bağlı paylaşım edib.

News24.az OLAY-a istinadla bildirir ki, o, dərin kədər hissi ilə sənətkarın ölüm xəbərini izləyiciləriylə bölüşüb:

“O özü möcüzə idi. Yaşandı və bitdi. Başqa möcüzə baş vermədi. Aygün Bəylərsiz qaldıq... Allah rəhmət eləsin... Vəfat xəbərini hamıdan tez çatdırmağa çalışanlara isə demək istərdim ki, Siz Aygün Bəylərlə dünən yox, lap çoxdan sağollaşmışdınız. Kaş ki, konsertini də işıqlandırmağa belə tələsəydiniz. Sağlığında görəydi ki, onunla necə maraqlanırsınız! Yaşatmağa tələsəydiniz”.