"Həyat yoldaşına qovuşdu"
    • 7-01-2024, 08:06
    • 435

"Həyat yoldaşına qovuşdu"


Bu gün Əməkdar artist Gülbahar Şükürlünün dəfn mərasiminə sənət dostlarından heç kim qatılmayıb. 

News24.az xəbər verir ki, məsələ ilə bağlı müğənni Nadir Qafarzadə açıqlama yayıb. O, ünvanına yazılan tənqidlərə aydınlıq gətirərək həmkarı, Əməkdar artist Nüşabə Ələsgərli ilə birgə vəfat etdiyi gün qarmon ifaçısının evlərində olduğunu deyib:

“Dünən, Gülbahar xanım rəhmətə gedən günü cənazəsi hələ evdə olanda artıq orada idim. Mən və Nüşabə Ələsgərli. Heç kim yox idi. Bu gün isə dəfndə bir neçə nəfər olub, yazırlar ki, bəs haradadır digərləri. Mən orada idim. Birinci mən orada idim. Mən olanda heç kim yox idi. Övladları, bacı-qardaşı, qohumları, mən və Nüşabə xanım. Gecə saat 10-da orada idik. Haqqımıza girməyin. Gülbahar dostumuz, əzizimiz, gözəl sənətkar idi. Allah rəhmət etsin, qoy, o dünyasını rahat yaşasın. Həyat yoldaşına qovuşdu, çox əziyyət çəkirdi, onu mən bilirəm. Onun bütün günlərində yanında sənət dostlarından yeganə mən idim. Mən vəfalı dostam. Təki hamı mənim kimi vəfalı olsun”.

Xatırladaq ki, G.Şükürlü ilə vida mərasimə gələnlər arasında yalnız Xalq artistləri Firuz Əliyev, Aygün Səmədzadə və müğənni Elnur Məmmədov olub. Eləcə də dəfn mərasimində musiqiçilər yer almayıblar.

Qeyd edək ki, G.Şükürlü uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi. (Axşam.az)