33 yaşlı Sarvanın AQİBƏTİ... FHN
    • 11-04-2019, 18:39
    • 1 025

33 yaşlı Sarvanın AQİBƏTİ... FHN

Sabirabad rayonunun Qalağayın kəndində bir nəfərin su kanalına düşməsi ehtimal olunur. Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sabirabad rayonunun Qalağayın kəndində su kanalına düşdüyü ehtimal olunan 1986-cı il təvəllüdlü Əliyev Sarvan Zabit oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.