Sabirabadda 57 yaşlı kişi Kürdə BATDI
    • 29-01-2020, 13:36
    • 761

Sabirabadda 57 yaşlı kişi Kürdə BATDI

Sabirabad rayonunda bir nəfər Kür çayında batıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Sabirabad rayonunun Poladtuğay kəndində, Kür çayına düşdüyü ehtimal olunan 1963-ci il təvəllüdlü Aslanov Cəmaləddin Zöhrab oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.