Məşhur müğənnidə xərçəng aşkarlandı - FOTO
    • 7-01-2024, 15:46
    • 410

Məşhur müğənnidə xərçəng aşkarlandı - FOTO

Amerikalı məşhur müğənni Maykl Boltonun beynində şiş aşkarlanıb.

News24.az Axşam.az-a istinadla xəbər verir ki, bu barədə 70 yaşlı sənətçi sosial şəbəkədə məlumat yayıb. Musiqiçi təcili əməliyyat olunduğunu və hazırda evində müalicə aldığını bildirib:

"2023-cü ilin sonu gözlənilməz problemlərlə üzləşdim. Bayram tətilindən bir az əvvəl məlum oldu ki, beynimdə şiş var və təcili əməliyyat lazımdır. Möhtəşəm həkim heyəti sayəsində əməliyyat uğurla keçdi. Hazırda evdə, ailəmin böyük sevgisi və dəstəyi ilə sağalıram".

Sənətçi əlavə edib ki, bu səbəbdən yaxın aylardakı konsertlərini təxirə salıb.