-
- 7-01-2024, 22:42
- 725
Bakı 2040-cı ildə belə olacaq: tramvay xətləri və... - FOTO / BAŞ PLAN
Bakı şəhərinin izahlı Baş planı təqdim olunub.
News24.az xəbər verir ki, planda paytaxtımızda 2040-cı ilədək görüləcək işlər öz əksini tapıb.
Bakının izahlı baş planı Arxitektura Komitəsinin saytına yüklənib.
ŞƏHƏRDAXİLİ HİBRİD YAŞIL DƏHLİZLƏR - 28 MAY DƏHLİZİ (STRATEJİ LAYİHƏ)
Təklif olunan 28 May Dəhlizi layihəsinə əsasən, istismardan çıxarılmış dəmir yolu xətlərinin şəhərdaxili hibrid yaşıl dəhliz kimi inkişafı təklif edilir.
Dəhliz xətti park vasitəsi ilə Gənclik metro stansiyasının ətrafını Bakı limanı və Bakı Bulvarı ilə birləşdirəcək və burada tramvay xətləri və ictimai yaşıllıq marşrutları, istirahət, əyləncə, yaşayış (təqribən 15,1 ha) və hətta mədəniyyət və yaradıcılıq sahələri (təqribən 9,7 ha) yaradılacaq.