Bu məhsullar UCUZLAŞDI - SİYAHI
    • 9-01-2024, 13:33
    • 551

Bu məhsullar UCUZLAŞDI - SİYAHI

2023-cü ildə qlobal ərzaq qiymətləri təxminən 14 faiz ucuzlaşıb. 

News24.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının analitikləri bildiriblər.

İlin sonunda palma, soya, kolza və günəbaxan yağlarının qiymətləri dünya bazarında təklifin artması və aparıcı idxalçıların alış həcmlərinin azalması səbəbindən 32,7 faiz ucuzlaşıb. 

Taxılın dəyəri 15,4 faiz, süd məhsullarının qiyməti isə 16,6 faiz ucuzlaşıb. İlin sonunda ixracın artması və mal, quş və quzu ətinin orta qiymətlərinin aşağı düşməsi nəticəsində ət 3,5 faiz ucuzlaşıb.

Həmçinin 2023-cü ildə şəkərin qiymətləri 26,7 faiz artaraq 2011-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

Bununla belə, Braziliyada yaxşı hava şəraiti və Hindistanın etanol istehsalı üçün şəkər qamışından istifadəni məhdudlaşdırmaq qərarı ilə əlaqədar istehsal artdığı üçün dekabr ayında şəkərin qiyməti 16,6 faiz ucuzlaşıb.

Qumral