Quba-Xınalıq yolunda UÇQUN TƏHLÜKƏSİ - FOTO
    • 12-04-2019, 12:02
    • 1 214

Quba-Xınalıq yolunda UÇQUN TƏHLÜKƏSİ - FOTO

Ötən gün günorta saatlarında Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən və yolun hərəkət hissəsinə tökülərək yolu bağlayan qaya parçaları əraziyə cəlb olunmuş xüsusi texnikaların köməkliyi ilə axşam saatlarında təmizlənərək hərəkət bərpa olunub.

News24.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ərazidə yenidən qaya parçalarının uçqunu təhlükəsi olduğundan sürücülərdən sözügedən yoldan zərurət olmadığı təqdirdə istifadə etməməyi tövsiyyə edir. Təhlükə ilə bağlı əraziyə xüsusi xəbərdaredici nişanlar quraşdırılacaq.