-
- 1-04-2019, 17:37
- 971
Ağsuda sürüşmə olub
Bu gün səhər saatlarında Ağsu rayonunda sürüşmə baş verib.
Bunu News24.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. O bildirib ki, dağda yaranan sürüşmə nəticəsində Ağsu-Xanbulaq avtomobil yolunun təqribən 7-ci km-də yolun hərəkət hissəsinə dağın yamac hissəsindən torpaq qatı axaraq tökülüb:
“Nəticədə yol ilə hərəkət qısa müddətlik məhdudlaşıb. Dərhal əraziyə agentliyin texnika və canlı qüvvəsi cəlb olunaraq qısa müddət ərzində yaranan problemi aradan qaldırılıb və yol ilə hərəkət bərpa olunub”.
Anar Nəcəfli qeyd edib ki, ərazi aktiv sürüşmə zolağında yerləşir və torpaq uçqununa intensiv yağışlar səbəb olub.