Zaur Baxşəliyev haqqındakı iddialara SON QOYDU
    • 9-01-2024, 22:10
    • 979

Zaur Baxşəliyev haqqındakı iddialara SON QOYDU

Aparıcı Zaur Baxşəliyev ATV kanalında fəaliyyətinə son qoyub xarici ölkəyə köçəcəyi haqqında yayılan xəbərlərə münasibət bildirib.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, Zaur Baxşəliyev aparıcısı olduğu "Bizimləsən" verilişində bu sözləri deyib:

"Haqqımızda hər gün nəsə yazırlar. Gah verilişimi açırlar, gah bağlayırlar, gah xaricə göndərirlər, yenidən Azərbaycana qaytarırlar. Hava limanında tıxaca salırlar. Özləri müsahibə verirlər, özləri cavablandırırlar. Çox qəribə bir ab-havanın içindəyik. Olsun. Buradan hamıya keçmiş olsun deyirəm".

Qeyd edək ki, Zaur Baxşəliyev ATV-də "Zaurla günaydın" və "Bizimləsən" verilişinin aparıcısıdır.