Bu ölkəyə vizanı sərhəddə alacağıq – Yenilik
    • 9-01-2024, 18:41
    • 207

Bu ölkəyə vizanı sərhəddə alacağıq – Yenilik

Azərbaycan Respublikasının vətəndaşlarının İraq Respublikasına səyahət edərkən giriş vizalarını artıq bu ölkənin sərhəd-keçid məntəqələrində əldə edə biləcəkləri ilə bağlı İraqın daxili işlər naziri müvafiq əmr imzalayıb.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov bildirib.

“Bununla əlaqədar başda İraq Respublikasının Baş naziri olmaqla, bu ölkənin Daxili İşlər və Xarici İşlər Nazirliklərinə təşəkkürümüzü bildiririk”, – paylaşımda deyilir.