-
- 10-01-2024, 14:41
- 161
İrəvan sülh təkliflərini Bakıya GÖNDƏRİB
Rəsmi İərvan sülh müqaviləsinin mətni ilə bağlı Ermənistanın təkliflərini Azərbaycana göndərib.
News24.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Onun sözlərinə görə, Azərbaycanın təkliflərini dekabrın sonunda alıblar. Yanvarın 4-də isə İrəvan öz təkliflərini Bakıya göndərib.
“Biz həmin təkliflər üzərində çox konstruktiv işlədik və təkliflərimizi göndərdik. Sülh müqaviləsinin son nəticədə əsaslanacağı prinsiplər vacibdir. Ölkələr heç bir qeyri-müəyyənlik olmadan bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Bu, maksimum aydınlığın lazım olduğu bir məsələdir və yekun sülh müqaviləsi bu aydınlığı təmin etməlidir. Əgər ölkələr arasında demarkasiya prosesi uzun müddət çəkə bilərsə, o zaman sülh sazişi heç olmasa gələcəkdə demarkasiya prosesinin davam edəcəyi aydın əsaslara malik olmalıdır. Ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və gələcək demarkasiya Ermənistanın heç bir qeyri-müəyyənliyə yol verə bilməyəcəyi məsələlərdir”, - Mirzoyan vurğulayıb.
Nazir deyib ki, Ermənistan Cənubi Qafqazda sülh danışıqlarını davam etdirmək əzmindədir:
"Biz inanırıq ki, əgər hər iki tərəf konstruktiv yanaşsa, siyasi iradə olarsa, çox yaxın gələcəkdə sülhün bərqərar olunmasında nəzərəçarpacaq nəticələr əldə edə biləcəyik”./Modern.az