Professordan iki şəhərlə bağlı XƏBƏRDARLIQ - 7,3 bal gücündə...
    • 10-01-2024, 21:00
    • 311

Professordan iki şəhərlə bağlı XƏBƏRDARLIQ - 7,3 bal gücündə...

Fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində baş verən dəhşətli zəlzələlərdən sonra bölgədəki fay aktivliyi davam edir.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, türkiyəli professor Əhməd Övgün Ercan Van və Hakkari üçün zəlzələ xəbərdarlığı edib.

O, iki şəhərdə 7,3 bal gücündə zəlzələlərin ola biləcəyini, Van gölü və ətrafdakı Böyük Ağrı, Kiçik Ağrı və Tendürek vulkanlarında partlayışların ola biləcəyini bildirib.

Hakkari üçün etdiyi xəbərdarlıqları təkrarlayan Ercan zəlzələnin gec-tez olacağını vurğulayıb.

Ercan Tendürəkdəki fayın 7,4 bal gücündə zəlzələ yaratmağa qadir olduğuna diqqət çəkib.

Professor Van bölgəsində hər 30-40 ildən bir zəlzələ olacağını deyib.