İtkin düşən reperin yanmış cəsədi tapıldı
    • 10-01-2024, 22:28
    • 231

İtkin düşən reperin yanmış cəsədi tapıldı

Bu yaxınlarda itkin düşən "Sir-J" ləqəbli reper Sergey Bulavintsevin Moskva yaxınlığındakı evində bədəninin yanmış hissələri tapılıb.

News24.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 50 yaşlı reperlə əlaqə ötən ilin dekabrın 30-da kəsilmişdi. Günorta saatlarında Rastorqevodakı bağına gələn reper həyat yoldaşına zəng edərək evdə yanğın olduğunu bildirib. Hadisə yerinə gələn yanğınsöndürənlər onun və ya başqa biri ilə bağlı izlər tapmamışdılar.