-
- 12-04-2019, 15:33
- 888
DOST Agentliyinə könüllülərin seçimi keçirilib
DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və “DOST” mərkəzlərində könüllülük fəaliyyətinin təşkili prosesinə start verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, bu sahədə işlər nazirlik və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlığa dair 2018-ci il 28 avqust tarixində imzalanmış Memorandum əsasında aparılır.
ASAN Könüllülük Məktəbinin “Master 2” proqramı çərçivəsində DOST Agentliyində təcrübə keçəcək könüllülərin seçimi keçirilib.
Müsahibədə iştirak edən namizədlərin şəxsi keyfiyyətləri və müxtəlif sahələr üzrə bilik və bacarıqları qiymətləndirilib və onların sırasından təcrübə keçmək üçün 20 nəfər seçilib.
“DOST könüllüləri” tezliklə fəaliyyətə başlayacaq. “DOST” Mərkəzində göstərilən xidmətlərdən yararlanmaq üçün müraciət edən vətəndaşlara prosedurları və qaydaları başa salacaq, onlara ərizə və anketlərin yazılmasında yardım edəcəklər.