-
- 12-01-2024, 23:31
- 256
Dünyanın ən dəyərli şirkəti hansıdır?
Microsoft bu kateqoriyada Apple-ı keçərək dünyanın ən dəyərli ictimai şirkəti oldu. Windows istehsalçısının səhmləri 1 faiz artaraq şirkətin dəyərini 2,87 trilyon dollara, rəqib Apple isə 1 faiz ucuzlaşıb. Microsoft-un bu uğuruna OpenAI şirkəti tərəfindən yaradılmış ChatGPT botunun səbəb olduğu süni intellekt bazarındakı aktivlik kömək edib.
Xatırladaq ki, “Microsoft” OpenAI-a kifayət qədər ciddi investisiyalar yatırıb. Bu xidmət 2022-ci ilin sonunda istifadəyə verildiyi vaxtdan davamlı olaraq böyüyür.
News24.az-ın xəbərinə görə, artım bu il də davam edəcək. Microsoft bu xidmətin əsas töhfəçilərindən biridir, Apple isə AI bazarında mövcud səs-küydən kənarda qalıb. Bundan əlavə, sonuncunun kapitallaşmasına xüsusilə Çində iPhone satışlarının azalacağı ilə bağlı qorxuların olması mənfi təsir göstərib. Bu, Uoll Stritdə şirkətin səhmlərinin perspektivləri ilə bağlı müəyyən mənfi qiymətləndirmələrə səbəb olub.
Ayşən