-
- 13-01-2024, 00:19
- 246
ABŞ-də növbəti impiçment başladı: hədəf kimdir?
ABŞ Konqresindəki respublikaçılar administrasiyanın immiqrasiya üzrə yüksək vəzifəli məmuruna qarşı impiçment proseduruna başlayıblar. Bu addım xüsusilə ona görə diqqət çəkib ki, Senatda hər iki partiyanın nümayəndələri eyni vaxtda immiqrasiya qanunları ilə bağlı danışıqlar aparırlar.
News24.az xəbər verir ki, bu barədə “Amerikanın Səsi” məlumat yayıb.
Xüsusilə qeyd olunur ki, ABŞ prezidenti Co Baydenə qarşı davam edən impiçment prosesi kontekstində bu həftə Nümayəndələr Palatasının respublikaçıları daxili təhlükəsizlik naziri Alexandro Mayorkasın vəzifədən kənarlaşdırılması təşəbbüsü ilə çıxış ediblər.
“Katib Mayorkas dəfələrlə Amerika xalqına və Birləşmiş Ştatlar Konqresinə yalan danışıb. Təhqiqatımız Mallorkasın ictimaiyyəti çaşdırdığı 100-dən çox hadisəni üzə çıxardı”, - ABŞ Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsinin sədri respublikaçı Mark Qrin bildirib.
Respublikaçıların çoxları üçün gözlənilməz olan bu təşəbbüsü demokratlar tərəfindən tənqid olundu və nazir siyasətə qərar vermədiyini, ona görə də belə bir siyasət apardığına görə vəzifədən azad edilə bilməyəcəyini müdafiə etdi.
“Amerikanın Səsi” əlavə edir ki, Mayorkasın vəzifədən azad edilməsi layihəsi Nümayəndələr Palatasının təsdiqini alsa belə, Senatdan çətin keçəcək.
Ayşən