ABŞ-da Baydenin impiçment prosesi başladı
    • 24-06-2023, 15:41
    • 167

ABŞ-da Baydenin impiçment prosesi başladı

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Co Baydenlə bağlı (219 lehinə, 208 əleyhinə) impiçment (kənarlaşdırma) prosedurunun başlanmasının lehinə səs verib.

News24.az xəbər verir ki, bu barədə Amerika mətbuatı məlumat yayıb.

Qeyd edək ki, bundan öncə də konqresmenlər belə bir prosesə başlamaq niyyətlərini dəfələrlə bəyan ediblər. Birləşmiş Ştatlar xüsusilə iqtisadi problemlər və mümkün defolt səbəbindən Bayden administrasiyasından narazıdır.

Bundan əlavə, amerikalılar tez-tez prezidentin səhhəti, xüsusən də zehni qabiliyyətləri ilə bağlı problemlərdən danışırlar.

Buna görə Ağ Evin rəhbəri mütəmadi olaraq özünü itirir, həmçinin şifahi nitqdə ciddi səhvlərə yol verir.