Azərbaycanlı müğənni toyunda mahnı oxudu FOTO - VİDEO
    • 12-04-2019, 20:13
    • 1 853

Azərbaycanlı müğənni toyunda mahnı oxudu FOTO - VİDEO

Xəbər veridiyimiz kimi, bu gün JW Marriott Abşeron Bakı Hotelində müğənni Leyla Ramazanlının toy mərasimi keçirilir. Müğənni fotoqraf Kamran Aydınovla ailə həyatı qurur.

News24.az-ın məlumatına görə, məclisdə cütlüyün ailə üzvləri, qohumları, yaxın dostları və tanınmış simalar iştirak edir.

Toy məclisinin aparıcısı Tural Əsədov, əsas müğənnisi isə Yaşar Yusubdur.

Zala daxil olan cütlük ilk rəqsini səbəbkar Leyla Ramazanlının mahnısının sədaları altında edib. Müğənni toyunda ilk mahnını özü ifa edib. 

Toydan olan görüntüləri təqdim edirik:

Teymur Məmmədov