Ailəsi ilə birgə ağır qəzaya düşən Amil öldü - FOTO
    • 14-01-2024, 14:21
    • 126

Ailəsi ilə birgə ağır qəzaya düşən Amil öldü - FOTO



7 gün əvvəl İsmayıllıda ailə üzvləri ilə birgə ağır yol qəzasına düşən gənc vəfat edib.

News24.az sfera.az-a istinadən xəbər verir ki, rayonun Qurbanəfəndi kəndi yaxınlığında "Hyundai Tucson" markalı avtomobilin qəfil idarəetmədən çıxaraq aşması nəticəndə ağır xəsarətlər alan 22 yaşlı Amil Füzuli oğlu Alışanov Qəbələdəki xəstəxanada dünyasını dəyişib.

Onun ailə üzvləri 65 yaşlı Eldar Sadiq oğlu Osmanov və 58 yaşlı Nəcibə Eldar qızı Alışanovanın müalicəsi davam etdirilir.

Vəfat edən gəncin fotosunu təqdim edirik.