Ermənistan ordusunun hərbçisi öldü
    • 14-01-2024, 15:58
    • 96

Ermənistan ordusunun hərbçisi öldü

Yanvarın 13-də əlverişsiz hava şəraitində döyüş mövqeyindən daimi dislokasiya yerinə gedən yolda itkin düşən Ermənistan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu ölüb.

News24.az APA-ya istinadən bildirir ki, valideynlərinə artıq hərbçinin meyitinin tapıldığı bildirilib.

Hələ ki, Ermənistan Müdafiə Nazirliyi hərbçinin ölümü ilə bağlı rəsmi məlumat yaymayıb.