Zaxarovadan Qərbə: Hər şeyi etməyə hüququmuz var!
    • 14-01-2024, 19:23
    • 204

Zaxarovadan Qərbə: Hər şeyi etməyə hüququmuz var!


Şimali Koreya XİN rəhbəri Tsoy Son Xinin Moskvaya səfəri ilə bağlı Qərbin müxtəlif spekulyasiyalarını gözləyirik.

News24.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Birincisi, danışıqlar... İkincisi də, daha çox spekulyasiya olacaq. Qərblilər hər zaman belə bir fərziyə səsləndirirlər ki, Rusiya özünü birtəhər aparır, Şimali Koreya ilə əlaqə saxlamağa haqqı yoxdur. Biz daim beynəlxalq hüquqa hörmətlə yanaşdığımızı nəzərə alaraq, zəruri hesab etdiyimiz hər şeyi etmək hüququmuz var", - deyə Zaxarova bildirib.