Prokurorluqda andiçmə mərasimi keçirilir - FOTO
    • 15-01-2024, 11:26
    • 128

Prokurorluqda andiçmə mərasimi keçirilir - FOTO

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimi keçirilir.

Baş Prokurorluqdan News24.az-a verilən məlumata görə, hazırda Azərbaycan Respublikasının Baş Prokurorluğunda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilir.

Tədbirdə Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri, prokurorluq əməkdaşları ilə yanaşı fəxri qonaq qismində ADA Universitetinin rektoru, professor Hafiz Paşayev iştirak edir.