-
- 11-01-2023, 12:44
- 246
182 prokurorluq işçisinə qarşı intizam tədbirləri TƏTBİQ EDİLDİ
Azərbaycanda 182 prokurorluq orqanlarının işçisinə qarşı intizam tədbirləri tətbiq edilib.
News24.az xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində deyib.
K.Əliyevin sözlərinə görə, onlardan 44-ü Baş Prokurorluğun, 8-i Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, 58-i Hərbi Prokurorluğun, 3-ü Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun, 69-u isə rayon və şəhər prokurorluğunda çalışır.
Baş prokuror onu da qeyd edib ki, indiyədək 796 prokurorluq orqanlarının işçisi həvəsləndirmə tədbirlərinə, 37-i isə dövlət təltifinə layiq görülüb.