"Azərbaycan Dəmir Yolları" QSC haqsızlıq etdi - RTV VİDEO
    • 15-01-2024, 12:53
    • 253

"Azərbaycan Dəmir Yolları" QSC haqsızlıq etdi - RTV VİDEO

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Azərbaycan Dəmir Yolları" QSC barədə iş qaldırıb.

Bu barədə RTV-yə xidmətdən məlumat verilib. 

Məlumata görə, quruma şirkətin infrastrukturu vasitəsilə fəaliyyət göstərən bir neçə ekspeditor  şirkətlərindən müraciət daxil olub. 

Müraciətlərdə “Azərbaycan Dəmir Yolları”nın həmin şirkətlərə qarşı haqsız rəqabətə və ayrı-seçkiliyə yol verdiyi, bazar subyektləri ilə əməkdaşlıqdan əsassız olaraq imtina etdiyi bildirilib.

Daxil olan məlumatlar əsasında Dövlət Xidməti bu istiqamətdə antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyəti üzrə araşdırma aparıb. Araşdırma nəticəsində “Azərbaycan Dəmir Yolları” barədə bazarda rəqabətin məhdudlaşdırılması, rəqibin işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması və dayandırılması, kontragentə sərfəli olmayan və yaxud müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirilməsi və təsərrüfat qərarlarının icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi əlamətləri üzrə antiinhisar qanunvericiliyinə əsasən iş qaldırılıb.