Türkiyə kəşfiyyatı PKK rəhbərlərindən birini zərərsizləşdirdi
    • 15-01-2024, 14:00
    • 112

Türkiyə kəşfiyyatı PKK rəhbərlərindən birini zərərsizləşdirdi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Metina bölgəsində həyata keçirdiyi hərbi əməliyyatda terror təşkilatının  məsul şəxslərindən biri olan Hülya Merceni zərərsizləşdirib.

News.24.az xəbər verir ki, bu barədə “ HABER7” məlumat yayıb.

Məlumata görə, H.Mercen Türkiyə 1991-2001-ci illərdə Türkiyə ərazisində, xüsusilə Tuncelidə törədilən bir çox terror hücumlarında iştirak edib. O həmin illərdə Türkiyənin ətraf kəndlərində fəaliyyət göstərib.

Qeyd edək ki, İraqın həmin bölgəsində Türkiyə Silahlı Qüvvələrinin 9 hərbçisi bir müddət əvvəl şəhid olub.

Mehriban Mirzəzadə