Türkiyə ordusu 5 terrorçunu zərərsizləşdirdi
    • 3-06-2022, 00:33
    • 405

Türkiyə ordusu 5 terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 5 silahlısını zərərsizləşdirib.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, silahlılar İraqın 3 rayonunda aprelin 18-dən bugünədək davam edən "Pençe-Kilit" əməliyyatı zonasında məhv edilib.

Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin bölgədə terror təhlükəsini aradan qaldırmağa davam edəcəyini bildirib.