-
- 15-01-2024, 14:37
- 159
İran dünyada internetin kəsilməsinə görə rekordçu oldu - FOTO
Tehran Elektron Ticarət Assosiasiyasının İnternet və İnfrastruktur Komissiyası İranda internetin vəziyyəti ilə bağlı hesabat dərc edib.
News24.az bildirir ki, hesabatda son 9 ayda İran Çindən sonra orta hesabla 47 faizlə internetin ən çox kəsildiyi ölkə olduğu qeyd olunub.
Qeyd edək ki, 50 ölkədə 300 sayt üzərində aparılan monitorinqlərə əsasən, İran 33,3% filtrasiya və 18% pozulma ilə dünyanın ən məhdud interneti olan ölkələr arasında birinci yerdə qərarlaşıb.
İranda orta mobil internetin sürəti 31,66 Mbit/s, ölkədə sabit internetin orta sürəti isə 13,03 Mbit/s təşkil edir. Ən yüksək orta sabit internetin sürətinə görə ölkələrin reytinqində İran əvvəlki ayda olduğu kimi 153-cü yerdə qərarlaşır.
İran rejimi internetə filtr qoyub və tarifləri artıraraq öz vətəndaşlarından oğurluq edir.
İranda internet tarifləri 30% bahalaşıb.
Aynurə